ICOM Etika Kodeksi 2026 Azərbaycan dilində
ICOM Azərbaycan Milli Komitəsi tərəfindən ICOM Etika Kodeksi 2026 Azərbaycan dilinə tərcümə edilmişdir.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) muzeylər və muzey mütəxəssisləri üçün mühüm peşəkar və etik prinsipləri müəyyən edən ICOM Etika Kodeksinin 2026-cı il redaksiyası Azərbaycan dilində muzey ictimaiyyətinin istifadəsinə təqdim olunur.
ICOM Etika Kodeksi muzeylərin cəmiyyət qarşısında məsuliyyətini, mədəni irsin qorunması və şərhini, peşəkar fəaliyyətin etik prinsiplərini, əlçatanlıq və inklüzivlik, şəffaflıq, insan hüquqlarına hörmət, icmalarla əməkdaşlıq və digər fundamental məsələləri əhatə edən mühüm sənəddir.
Kodeksin hazırkı redaksiyası muzeyin yeni tərifinin 24 avqust 2022-ci ildə ICOM-un Praqada keçirilmiş 37-ci Baş Assambleyasında qəbul edilməsindən sonra hazırlanmışdır.
ICOM Azərbaycan Milli Komitəsi tərəfindən həyata keçirilmiş bu tərcümənin əsas məqsədi ICOM Etika Kodeksinin müddəalarının Azərbaycan muzey ictimaiyyəti, muzey mütəxəssisləri, tədqiqatçılar, tələbələr və mədəni irs sahəsində fəaliyyət göstərən digər şəxslər üçün daha əlçatan olmasını təmin etməkdir.
ICOM Etika Kodeksi 2026 – Azərbaycan dilində
PDF sənədinə keçid
Qeyd: Bu sənəd ICOM Etika Kodeksi (2026) əsasında ingilis dilindən Azərbaycan dilinə ICOM Azərbaycan Milli Komitəsi tərəfindən tərcümə edilmişdir.